Kürdəmirdə ağacəkmə kampaniyası çərçivəsində 1000-dən çox ting əkilib
07 aprel 2019 | 16:00
Aprelin 7-də Kürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə ağacəkmə aksiyası keçirilib.
Mindən çox ağacın əkildiyi kampaniyanı Kürdəmir Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə təşkil edib. Rayon ərazisində eldar şamı , küknar ağacları və 500-dən çox gül kolları əkilib.
Ağacəkmə aksiyası mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində davam etdiriləcək.