Şriftin ölçüsü :

Saytın rəngi :

Mollakənd kəndində səyyar görüş-qəbul keçirilib

04 aprel 2019 | 16:00

Aprelin 4-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  rayonun Mollakənd  kəndində əhali ilə səyyar görüş-qəbulu keçirilib.
Mollakənd  kənd  inzibati  ərazi  dairəsinə  daxil olan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kəndlərinin sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin  məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının  rəhbərləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin  Başçısı   Ceyhun  Cəfərov  vətəndaşlarla  keçirilən  hər  bir  görüşdə qaldırılan problemlərin və verilən  təkliflərin  yerinə  yetirilməsi  üçün  aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlərin görüldüyünü bildirib, o cümlədən rayonumuzda  aparılan  genişmiqyaslı  abadlıq-quruculuq  işləri  barədə  ətraflı məlumat verib. Ceyhun Cəfərov vurğulayıb ki, möhtərəm Prezident cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  ölkəmizdə  hər  zaman  çox  güclü  sosial  siyasət  aparılır. O,  cari ilin əvvəlində çox ciddi və böyük sosial paketin təsdiqləndiyini və həmin  proqramın  3  milyondan  çox  insanı  əhatə  etdiyini diqqətə çatdırıb.
   Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.
Müraciət edən kənd sakinləri işlə təmin olunmalarına, kənddaxili yolların  əsaslı təmirinə,  istismar müddətini başa vurmuş elektrik dirəkərinin və naqillərin dəyişdirilməsinə,  dövlət tərəfindən verilən ünvanlı sosial yardımın verilmə qaydalarının daha da sadələşdirilməsinə,uzaq kəndlərdə də bankomatların qoyulmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. 
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov sakinlər tərəfindən qaldırılan müraciət və təkliflərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini tapıb.
Kənd  sakinləri  əhalinin  problemlərinin  həlli  istiqamətində həyata keçirilən bu kimi tədbirlərə, göstərilən daimi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər