Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinə start verildi

20 aprel 2013 | 15:00

Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon Gənclər və İdman idarəsinin tədbirlər planına əsasən Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinə start verildi.
Birincilikdə rayonun ümumtəhsil məktəblərinin oğlanlardan ibarət futbol komandaları iştirak edirlər.Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasinda  keçirilən birincilik rayonun Mərkəzi stadionunda keçirilir.
Yarışın açılış mərasimində Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin  İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Əbülfət Mikayilov iştirak etdi, yarış iştirakçılarını salamladı və onlara uğurlar arzuladı .O,  öz çıxışında  ölkə idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurları Ölkə Prezidenti Cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının ən bariz nümunəsi kimi qeyd etdi.
   Yarışda 35 ümumtəhsil məktəblərinin komandaları iştirak edir.

Keçidlər