Şriftin ölçüsü :

Saytın rəngi :

Qocalı kəndində səyyar görüş-qəbul keçirilb

28 mart 2019 | 16:00

Martın  28-də  Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  rayonun Qocalı  kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Görüşdə  Qocalı  kənd  inzibati  ərazi  dairəsinə daxil olan Xəlsə, Pirəköçə, Beyi  və Qocalı kəndlərinin sakinləri,  həmçinin rayonun  hüquq  mühafizə  orqanlarının,  idarə ,  müəssisə  və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar  qəbul-görüşdə  sakinlərin  elektrik  enerjisi,  sosial müdafiə,   təhsil,  əkin  sahələrinin  suvarılması, kəndin zinə suyunu axıdan kanalların təmizlənməsi,   məşğulluq  məsələləri  ilə   əlaqədar  təklifləri   və  şikayətləri   diqqətə  çatdırılıb, onların  hər  biri  barədə aidiyyəti  təşkilatların  rəhbərinə tapşırıqlar verilib, qaldırılmış  məsələlərin  çoxu  elə  qəbul  zamanı öz həllini tapıb.
Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin  Başçısı   Ceyhun  Cəfərov  çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən,  əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi  köçkünlərin  və şəhid ailələrinin  mənzil-məişət  şəraitinin  yaxşılaşdırılması,  bəzi  çoxmənzilli  binalarda  mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində  vətəndaşların  maliyyə  yükünün  azaldılması və müavinətlərin artırılması  istiqamətində  həyata  keçirilən  tədbirlər,  verilmiş   mühüm   göstərişlər  əhalinin rifah halının daha da yüksəldilməsinə xidmət edir. 
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər