Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçirilib

17 mart 2019 | 16:00

Martın 17-də  Kürdəmirdə  Azərbaycan  xalqının  milli  bayramı - Novruzun gəlişi   münasibətilə    rayon  ərazisində  yerləşən  N  saylı  hərbi   hissənin   zabit  və əsgərləri ilə görüş keçirilib.
Tədbirdə rayon rəhbərliyi, Şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər,  ziyalılar , rayonun  mədəniyyət  və  incəsənət ustaları iştirak ediblər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov “N”- saylı Hərbi Hissənin  şəxsi heyyətini salamlayıb və onları Kürdəmir rayon İcra Hakimiyyətinin  Başçısı  Ceyhun Cəfərovun  adından   təbrik  edib. O  qeyd edib ki, Azərbaycan  Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ordumuzun bu gün regionda ən güclü qüvvəyə malik olduğundan, torpaqlarımızı erməni işğalçılarından hər an geri almaq əzmindən bəhs edib.
Tədbir  rayon  incəsənət  ustalarının  rəngarəng konsert proqramları ilə davam edib.
Yekunda Hərbi Hissənin nümayəndələri çıxış edərək rayon rəhbərliyinə və musiqiçilərə, ümumilikdə tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər