Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə qanvermə aksiyası keçirilib

18 mart 2019 | 16:00

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara, eləcə də digər xəstələrə yardım məqsədilə martın 18-də qanvermə aksiyası keçirilib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının əməkdaşları könüllü olaraq müraciət edən 650 nəfərədək sakini əvvəlcə tibbi müayinədən keçiriblər. Sonra 100 nəfərədək vətəndaşdan qan götürülərək Mərkəzi Qan Bankına təhvil verilib.
Humanist aksiyada sakinlər, o cümlədən rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər fəal iştirak ediblər.

Keçidlər