Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Böyük Kəngərli kəndində növbəti səyyar qəbulu-görüşü keçirildi

19 aprel 2013 | 15:00

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin aprelin 17-də rayonun Böyük Kəngərli kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirildi.
Böyük Kəngərli kənd inzibati ərazi dairəsinə daxil olan Böyük Kəngərli, İsmayıllı və Bağman kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.
Böyük Kəngərli inzibati ərazi dairəsinin nümayəndəsi Tərlan Bayramov və kənd bələdiyyəsinin sədri Vidadi Pirişov əraziyə daxil olan Böyük Kəngərli, İsmayıllı və Bağman kəndlərinin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər  barədə məlumat verdilər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdılar.
Kənd  sakinlərinin  enerji və su təchizatı, sosial  müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar  təklifləri və şikayətləri oldu.  Hər biri  barədə aidiyyatı  təşkilatların  rəhbərinə  tapşırıq  verildi.   Qaldırılmış   məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev bildirdi ki,ölkəmiz günü-gündən inkişaf edir və iqtisadiyyatımız sürətlə dirçəlir. Dünyada iqtisadi sahədə proseslər o qədər də uğurla getmir. Bir çox ölkələrdə iqtisadi böhran yaşanır. Ölkəmizdə isə aparmış uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektorumuz 11,4 faiz artmışdır. Bu göstərici ölkəmizin dinamik inkişafını göstərir.Bu onu göstərir ki, ölkəmiz bundan sonrada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını daim təmin edəcəkdir.Ölkəmizin Beynəlxalq aləmdə nüfuzuda artmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanması, 155 ölkənin Azərbaycanın namizədliyini dəstəkləməsi ölkəmizin Beynəlxalq aləmdə böyük nüfuza malik olmasının göstəricisidir.
Rayon rəhbəri kürdəmirlilərin həmişə Ulu Öndərimizin ideyalarına sadiq olduqlarını,bu il Ulu Öndərimizin 90 illik yubileyinin olduğunu, bu istiqamətdə rayonun tədbirlər planına uyğun olaraq rayonumuzda silsilə tədbirlər keçirildiyini bildirdi.
İcra  Başçısı  rayonda  aparılan  geniş miqyaslı  tikinti,  abadlıq  və quruculuq  işlərindən danışdı, su-kanalizasiya  infrastrukturunun,  rayonumuzun qəsəbə və kəndlərimizdə təbii qaz çəkilişinin sürətləndiriləcəyini vurğuladı, yeni iş yerlərinin açılması  istiqamətində mühüm tədbirlərin görüləcəyini bildirdi. .  Rayonumuzda  inşa  olunan  yeni  təhsil   müəssisələrinin,  olimpiya  idman  kompleksinin,   stadionların  , parkların  və  digər  obyektlərin  əhəmiyyətini  qeyd edərək   göstərilən  bu  diqqət  və  qayğıya   görə  ölkə   rəhbərinə kürdəmirlilər  adından öz minnətdarlığını bildirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekunda rayonun Böyük Kəngərli kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər