Kürdəmirdə məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyinə yekun vurulub
Martın 6-da şəhər 2 saylı tam orta məktəbin idman zalında “8 mart Beynəlxalq qadınlar günü”nə həsr olunan məktəbli qızlar arasında idmanın voleybol növü üzrə rayon turnirinin final mərhələsi keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları iştirak ediblər.
Final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Suleyman Əhmədov qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qızlardan ibarət voleybol komandalarını təbrik etdi . O, bildirdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.Azərbaycan Respublikasinin I-ci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Turnirdə gərgin və maraqlı keçən oyunların nəticələrinə görə I yerə Atakişili kənd tam orta məktəbin voleybol komandası, II yerə şəhər 2 saylı tam orta məktəbin voleybol komandası və III yerə Qarabucaq kənd tam orta məktəbin voleybol komandası layıq görülüblər.
Turnirdə fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və kubokla mükafatlandırlıblar.