Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə voleybol üzrə rayon birinciliyinə yekun vurulub

04 mart 2019 | 16:00

Martın 4-də  Atakişili  kənd tam  orta  məktəbinin  idman  zalında  Kürdəmir rayon Gənclər və İdman  idarəsinin təşkilatçılığı ilə  “Bədən tərbiyəsi və idman günü”nə həsr olunan idmanın voleybol növü üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.

Kürdəmir rayon Gənclər və İdman idarəsinin, rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin voleybol komandaları iştirak ediblər.

Yarışın final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov 5 mart Bədən tərbiyəsi və idman günü ilə əlaqədar idmançıları təbrik etdı. O, bildirdi ki, bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan bir neçə mötəbər idman yarışına ev sahibliyi edib. Bunlardan I-ci Avropa oyunları, “Formula-1” Avropa Qran-pri yarışı, Ümumdünya Şahmat Olimpiadası və IV İslam Həmrəylik Oyunlarını qeyd etmək olar. Bütün bu uğurlar onu göstərir ki,  hazırda  Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır.  Azərbaycan  idmanın   bugünkü   inkişaf  səviyyəsi  gənc  nəslin  fiziki  və  mənəvi  cəhətdən  sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident  İlham  Əliyevin  bu   sahəyə  göstərdiyi  yüksək  diqqət  və  qayğının  göstəricisidir. Məhz  bu  diqqət  və  qayğı  Azərbaycanın  qarşıdakı  illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.

Fevral  ayının  27-dən  start  götürən  turnirdə  komandalar qrup, yarımfinal və final  mərhələsində  yarışıblar.  Oyunların  nəticələrinə  görə  I  yerə  Atakişili  kənd  tam  orta   məktəbin  voleybol  komandası, II   yerə   şəhər   2  saylı  tam  orta   məktəbin  voleybol   komandası  və  III   yerə  Uşaq   Gənclər  İdman  Şahmat məktəbinin voleybol komandası layıq görülmüşlər.
Birincilikdə  fərqlənən  idmançılar  və  qalib  gələn  komandalar  rayon  Gənclər  və İdman idarəsi tərəfindən diplom və kubokla mükafatlandırlıblar.

Keçidlər