Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Xocalı səsləyir bizi” mövzusunda tədbir keçirilib

26 fevral 2019 | 16:00

Fevralın 26-da şəhər 3 saylı tam orta məkbəbinin akt zalında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirin açlışında vətənimizin müdafiəsi uğrunda şəhid olanların və Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli  xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 27 il əvvəl Xocalıda üzləşdiyini bildirdi. Vəsilə Əsgərli vurğuladı ki, yalnız Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşmış,soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama məhz Ümummilli Liderimizin qətiyyəti sayəsində obyektiv hüquqi-siyasi qiymət verilmişdir. Hazırda dünyanın hər yerində Xocalı faciəsinin tanınması Azərbaycanın  xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respubikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmiş və Xocalı faciəsini tanımışlar. Dünyanın hər yerində Xocalı faciəsinin tanınması ilə əlaqədar işlər davam edir. Bunlardan “Xocalıya ədalət!” kampaniyasını xüsusilə qeyd etmək lazımdır. “Xocalıya ədalət!” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.
Sonra tədbir iştirakçıları şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Xocalı səsləyir bizi” mövzusunda ədəbi-bədii kompozisiyasına tamaşa ediblər.

Keçidlər