Kürdəmirdə Şahmat üzrə rayon turnirinə yekun vurulub
Fevralın 25-də Kürdəmir rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində rayon Gənclər və İdman idarəsinin , Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımı Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turnirinin final mərhələsi keçirilib.
Tədbirdə Xocalı Soyqırımı Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin mükafatlandırma mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov və UGİŞM-nin direktoru Samir Şükürov oz çıxışlarında bildirdilər ki, 1992- ci ilin 25-dən 26- na keçən gecə Xocalı şəhərində erməni qəsbkarları tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri törədilmişdir. 27 ildir ki ədaləti bərpa olunmayan bu faciə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz müsbət həllini tapacaq və bu faciənin bilavasitə iştirakçıları dünyanın qınaq obyektinə məruz qalacaqlar.
Fevralın 19-dan start götürən yarışda rayonun ümumtəhsil məktədlərinin 80 oğlan və qız şahmatçısı 8-10 ,11-12 və 13-16 yaş qruplarında mübarizə aparıblar, 7 turdan ibarət olan turnirin yekun nəticələrinə görə 8-10 yaş qruplarında oğlanlarda I yerə Şükürov Cahid II yerə Həsənli Zeynal III yerə isə Baxışov Elmir , qızlarda I yerə Bagırova Safura II yerə Eminova Röya III yerə isə Qurbanova Leyla, 11-12 yaş qruplarında oğlanlarda I yerə Müslümlü Ayxan II yerə Mehdiyev Nihad III yerə isə Üzeyirzadə Elbəy , qızlarda I yerə Əzizova Aliyə II yerə Salmanova Nazlı III yerə isə Həsənli Aişə, 13-16 yaş qruplarında oğlanlarda I yerə Əzizov Amil II yerə Hacıyev Famil III yerə isə Haqverdiyev Adil, qızlarda I yerə Məhərrəmova Güllü II yerə Məmmədova Cəmilə III yerə isə Piriyeva Günel layiq görülüblər.
Turnirdə I-III yerləri qazanan şahmatçılar Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.