Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Zərərli vərdişlərə qarşı birgə mübarizə" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib

15 fevral 2019 | 16:00

Fevralın 15-də Kürdəmir şəhər F.Həşimov adına 3 saylı tam orta məktəbdə Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı birgə mübarizə " mövzusunda gənclərlə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Samir Əhmədov, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov, F.Həşimov adına 3 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında dini radikalizmin meydana gətirdiyi fəsadlardan danışıb. Bildirilib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənələrinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Natiq, habelə bəşəriyyət üçün ağır bəla olan narkomaniyanın insana, ailəyə və cəmiyyətə vurduğu zərərlərə da toxunub, bu cür əməllərin insan sağlamlığında problemlərin yaranmasına gətirib çıxardığını vurğulayıb.

Polis şöbəsinin əməkdaşı Asif Əhmədov da dini radikalizm və ekstremizm, narkomaniya və onun fəsadları barədə ətraflı danışıb, bu sahədə rayonda görülən işlər barədə məlumat verib. Natiq vurğulayıb ki, zərərli vərdişlər müasir dövrdə aktuallıq kəsb edir və bu gün həmin problemlərin həlli yollarından biri də yeniyetmə və gənclər arasında vaxtaşırı maarifləndirmə işlərinin aparılmasıdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər