Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə YAP rayon təşkilatı Qadınlar Şurasının hesabat-seçki konfransı keçirildi

17 aprel 2013 | 15:00

2013-cü il 16 aprel tarixində Kürdəmir rayon Yeni Azərbaycan Partiyasının qərargahında YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının hesabat-seçki konfransı keçirildi.
Konfransda YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva  şuranın fəaliyyəti haqqında geniş hesabat vermdi. O, hesabat məruzəsində bildirmişdir ki, əvvəlki konfransdan  ötən dövr ölkəmizin gələcək inkişaf yolunu müəyyən edən hadisələrlə əlamətdar olmuşdur.
Hesabat dövrünü əhatə edən son dörd  il ölkəmizin tarixinə böyük uğurlar, nailiyyətlər, səmərəli fəaliyyət, müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik cəmiyyət quruculuğu baxımından məhsuldar bir səhifə kimi daxil olmuşdur.YAP-ın sədri, ölkə Prezidenti cənab Ilham Əliyevin rəhbərliyi altında bu gün də bu uğurlar davam etdirilir. Fəxr edirik ki, cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, partiya quruculuğu sahəsində də Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasəti də müvəffəqiyyətlə davam  etdirir. Sıralarında 600 mindən çox  üzvü birləşdirən YAP bu gün cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişafının ən möhtəşəm tarixini yaşayır.
Məruzəçi qeyd etmişdir ki, YAP-ın rayon təşkilatının Qadınlar Şurası hesabat dövründəki fəaliyyətində partiyanın Proqram və Nizamnaməsini əldə rəhbər tutmuş, öz işini YAP-ın Qadınlar Şurasının Əsasnaməsinin tələbləri səviyyəsində qurmağa səy göstərmiş və buna, əsasən, nail olmuşdur. Qadınların partiya sıralarına qəbul olunması, partiyamızın məqsəd və vəzifələrinin yerinə yetirilməsi sahəsində onların siyasi və ictimai fəallığının artırılması daim diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövründə 676 nəfər YAP üzvlüyünə qəbul olunmaqla, qadınların sayı 1933 nəfərdən 2612 nəfərə çatdırılmışdır. Hal-hazırda rayon təşkilatı üzrə YAP üzvlərinin 36 faizə qədəri qadınlardır. Onlar rayonun ictimai həyatında yaxından iştirak edir və respublikanın ictimai-siyasi həyatında önəmli yer tutan tədbirlərin keçirilməsində fəal mövqe tuturlar.
Məruzəçi göstərmişdir ki,  Azərbaycan qadınlarının fəallığına böyük təkan verən amillərdən biri də Azərbaycan Respublikasının birinci  xanımı Mehriban Əliyevanın fəaliyyətidir. Mehriban  xanım  Əliyeva Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri olmaqla aktiv ictimai fəaliyyət göstərir.Onun  Azərbaycan xalqı üçün gördüyü  humanist və xeyirxah işləri biz qadınlar yüksək qiymətləndirməklə, özümüzə nümunə hesab edirik.
Natiq  xüsusi olaraq vurğulamışdır ki, Ümummilli Liderimiz Heydər Əliyev ölkədə qadın siyasəti ilə bağlı bir sıra Fərman və sərəncamlar vermişdir. Ölkədə qadınların ictimai vəziyyətinin yaxşılaşmasına, beynəlxalq aləmdə Azərbaycan qadınının  ona məxsus olan imicinin yaranmasına səbəb olmuşdur. Ulu Öndərin rəhbərliyi dövründən başlayaraq Azərbaycan qadını həmişə özünü lider mövqeyində hiss etmişdir.Bu gün  bu uğurlu siyasətin davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qadınlara böyük qayğı və diqqət göstərir.Azərbaycan qadınının  ailədə, eləcə də, cəmiyyətdəki fəaliyyəti çox böyükdür.
Məruzə ətrafında çıxış edən konfrans nümayəndələri   Yaqut Əşrəfova,  İradə Mahmudova və Dürriyə Seyidova YAP rayon təşkilatının Qadınlar Şurasının fəaliyyətini  qənaətbəxş hesab edərək qeyd etmişlər ki, hesabat dövründə partiyamızın məqsəd və vəzifələrinin yerinə yetirilməsində qadınların  qüvvəsindən məqsədyönlü şəkildə geniş istifadə olunması təmin edilmiş və bir sıra uğurlar qazanılmışdır. Şuranın üzvləri qarşıdakı Prezident  seçkilərində  bütün qüvvələrini səfərbər edəcəklərini , YAP-ın qələbəsində fəal iştirak edəcəklərini vurğulamışlar.
Konfransda  çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli Qadınlar Şurasının işini qənaətbəxş hesab edərək bu yolda onlara uğurlar dilədi.Ağali Kərimli rayon  qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək öz kollektivlərində, öz əhatələrində səmərəli işləri ilə nümunəvi olmalarını və qarşıdan gələn Prezident seçkilərində  yaxından iştirak etmələrini  onlara tövsiyə etdi.
Ağali Kərimli  qeyd edir ki, ölkəmizin hər yerində eləcə də  rayonumzda sürətli və dinamik inkişaf  gedir. Hər yerdə – böyük şəhərlərdən tutmuş kiçik kəndlərə qədər tikinti, quruculuq, abadlıq işləri aparılır.Bütün bunlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli, sosial-iqtisadi inkişafının uğurlarıdır.
2013-cü il Prezident seçkiləri ilidir.YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurası və onun üzvləri bütün işləri  2013-cü ilin Prezident seçkilərinə hazırlıq səviyyəsində aparmalıdır.Ağali Kərimli  həmişə Heydər Əliyev siyasətinə sadiq qalan qadınlarımızın  Ümumilli Liderin layiqli siyasi və mənəvi varisi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, 2013-cü ilin Prezident seçkilərində Onu dəstəkləyəcəklərinə əmin olduğunu bildirdi.
          Sonra gündəlikdə duran təşkilatı məsələyə baxıldı.YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının yeni tərkibi seçildi  və Elmira Şıxəliyeva yenidən YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının sədri seçildi.
          Sonda YAP Respublika Qadınlar Şurasının Konfransına  nümayəndə irəli sürüldü və səs çoxluğu ilə qəbul edildi.
                    

                        

 

Keçidlər