Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Gənclər Günü qeyd edilib

01 fevral 2019 | 16:00

Fevralın 1-də rayonun Gənclər evində “02 fevral - Gənclər günü” münasibəti ilə Kürdəmir gənclərinin ümumrayon toplantısı keçirilib.
Tədbirə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, rayonun idarə və təşkilatlarının, ümumtəhsil orta məktəblərinin, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri iştirak ediblər.
Tədbir başlanmazdan öncə toplantı iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər-çiçək dəstələri düzdülər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra isə tədbiri giriş sözü ilə açan Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəis müavini Qalib Baxşiyev toplantı iştirakçılarını salamladı və “ Gənclər Günü” münasibəti ilə bütün gəncləri təbrik etdi. O, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər haqqında geniş məruzə etdi.
Çıxışda xüsusilə vurğulandı ki, bu gün Ulu Öndərin siyasi kursunun davamçısı, gənclərin liderı ,onları daima irəli səsləyən İlham Əliyev kimi prezidentimiz var və biz gənclər də onun davamçılarıyıq.Məhz cənab İlham Əliyevin gərgin fəaliyyəti sayəsində ölkəmizin siyasi həyatında gənclərin fəallığının artmasına ,onların yaradıcılıq ,təhsil,istirahət şəraitinin yaxşılaşdırılmasına , bir sözlə onlara daimi diqqət və qayğının artırılmasına nail olunmuşdur.Ölkə Başçısının rayonumuza səfərlərində müasir standartlara cavab verən yeni təhsil ocaqları, gənclərin asudə vaxtlarının səmərəli keçirməsi üçün Bayraq Meydan Kompleksi və Kürdəmir Gənclər evi Cənab Prezidentimizin Kürdəmirli gənclərə ən böyük tövhəsidir.Cıxışda bildirdi ki Kürdəmirli gənclər rayonlarını layiqincə təmsil etmək gücünə malikdir və bunu da edir. Bu il rayon gənləri respublika yarışlarinda və tədbirlərində cox fəal iştirak edirlər. Bu tədbirlərdən “Cümhuriyyətin varisləri-Azərbaycan gələcəyi” Azərbaycan gənclərinin VIII Forumunu, “Xəmsə” Milli intellektual oyunu üzrə Azərbaycan çempionatını, “Şahin” hərbi-idman oyununun zona birinciliyini, Kompyuter oyunları üzrə gənclər arasında Azərbaycan Milli çempionatını, “Mən Azərbaycanlıyam” adlı intellektual telelayihəsini, İstedadlı və Yaradıçı gənclərin III Respublika toplantısını, “Azərbaycan İntellektual birinçisi” Aran reqional turnirini qeyd etmək olar. Rayon gənclərimizdən Təbriz Qasımov “Mən Azərbaycanlıyam” adlı intellektual telelayihəsinin secim turunda I yerə, Azərbaycan İntellektual birinçisi” Aran reqional turnirində rayonun gənclərdə ibarət komandaları “Axtar tap” bilik yarışmasında I yerə, “Xəmsə” Milli intellektual oyununda işə III yerə layiq görülüblər.
Ulu Öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar. Məruzə dinlənildikdən sonra rayonun fəal gəncləri Xəyyam Məlikov, Səidə Dadaşova və Emin Cavadov mövzu ətrafında çıxış etdilər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli rayon gənclərini salamlayaraq onları Gənclər Günü münasibəti ilə təbrik etdi və ölkəmizdə gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini bildirdi. 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.Ulu Öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət Başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Bu il gənclər üçün ən önəmli hadisələrdən biridə, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı İlə“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqram təsdiq edilməsidir. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının əsas məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir.
Tədbirin sonunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli ayrı-ayrı sahələrdə fərqlənən gənclərə və idmançılara fəxri fərman və qiymətli hədiyyələr təqdim etdi.

Keçidlər