Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ötən il ümumi məhsul buraxılışının həcmi 9,3 faiz artıb

30 yanvar 2019 | 16:00

Kürdəmir, 30 yanvar, AZƏRTAC

Kürdəmir rayonunda keçən il 408 milyon manat həcmində ümumi məhsul buraxılışı olub ki, bu da inişillə müqayisədə 9,3 faiz çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, ümumi məhsul buraxılışında 162,7 milyon manat aqrar sektorun, 72,5 milyon manat isə sənayenin payına düşür.

Qeyd edək ki, aqrar bölgə olan Kürdəmirdə 2018-ci ildə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının 94,7 milyon manatı bitkiçiliyə, 68 milyon manatı isə heyvandarlığa aiddir.

Keçidlər