Rayon ərazisində mövcud dini durumun təhlili və qarşıda duran məsələlərin həllinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib
Yanvarın 30-da Kürdəmir şəhərinin “İmam Rza” məscidində Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı rayon ərazisində mövcud dini durumun təhlili və qarşıda duran məsələlərin həllinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Samir Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında bildirib ki, Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınır. Eyni zamanda Azərbaycan bir çox millətlərin və konfessiyaların dinc yanaşı yaşamasını unikal nümunəsidir. Ölkədəki dini etiqad azadlığından sui-istifadə edilərək xalqımızın yüzillər boyu yaşatdığı tolerantlıq ənənələrinə xələl gətirilməsinin yolverilməz olduğunu qeyd edən E.Qafarov 2018-ci ildə rayonda dini sahədə həyata keçirilmmiş maarifləndirmə tədbirlərindən də danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək qeyd edib ki, müasir Azərbaycanda müəkəmməl dövlət-din münasibətləri sisteminin formalaşması və tətbiqi müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin addı ilə bağlıdır. Dünyəvilik və tolerantlığın Azərbaycan xalqının təfəkkür tərzi olduğunu vurğulayan natiq respublikamızda heç zaman milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, şəhər “Cümə” məscidi dini icmasının sədri və din xadimi Aqil Əliyev və digər natiqlər də çıxışlarında dini sahəyə yüksək səviyyədə göstərilən dövlət qayğısından bəhs ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.