Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə voleybol üzrə rayon turnirinə yekun vurulub

25 yanvar 2019 | 16:00

        Yanvarın 25-də Atakişili kənd tam orta məktəbinin idman zalinda Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən Gənclər Gününə həsr olunmuş idmanın voleybol növü üzrə rayon turnirin final mərhələsi keçirilib. 
Final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev Gənclər Günü ilə əlaqədar bütün gəncləri təbrik etdi və idmançılara qələbə sevinci arzuladı. O, bildirdi ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.
Yanvar  ayının   23-dən   start   götürən  turnirdə  komandalar  qrup,  yarımfinal   və final  mərhələsində   yarışıblar. Oyunların   nəticələrinə   görə  I  yerə  Atakişili kənd   tam  orta  məktəbin  voleybol  komandası,   II   yerə  şəhər  2  saylı tam orta məktəbin   voleybol   komandası  və  III  yerə  Dəyirmanlı  kənd  tam  orta  məktəbin voleybol komandası layıq görülüblər.
Turnirdə  fərqlənən  idmançılar  və qalib gələn komandalar rayon Gənclər və İdman  idarəsi  tərəfindən  diplom  və  kubokla  mükafatlandırlıblar.

Keçidlər