Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev” parkında tikinti, abadlıq və yenidənqurma işləri davam edir

09 aprel 2013 | 15:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Kürdəmir  rayonunun “Heydər Əliyev” parkında tikinti,yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir.
Hal-hazırda parkın ərazisində açıq havada Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi yaradılır.Muzeydə rəmzi olaraq Xəzər dənizi, Göyçə, Urmiya göllərinin, Kür-Araz çaylarının və Qafqaz sıra dağlarının qurulması nəzərdə tutulmuşdur.
Bundan əlavə parkın ərazisində 3 ədəd dekorativ fontan, 2 ədəd şəlalə, istirahət guşələrinin tikilməsi, işıqlanma-suvarma sistemlərinin qurulması, abadlıq və yaşıllaşdırma işlərinin aparılması davam etdirilir.
Parkın ərazisində Ana və Uşaq kafesi, Uşaq əyləncə mərkəzi, atraksionlar və 400 nəfərlik açıq konsert meydançasının tikintisi nəzərdə tutulmuşdur.
Heydər Əliyev parkında rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə bir sıra yeni layihələr həyata keçirilir. Parkda tikinti,abadlıq və yenidənqurma işləri aparılarkən qədim memarlıq elementlərinin tətbiq edilməsinə xüsusi diqqət verilir.
“Heydər Əliyev”Parkının cari ildə rayon sakinlərinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.

Keçidlər