Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ötən il 867 daimi iş yeri açılıb

22 yanvar 2019 | 16:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası, sahibkarlara göstərilən dövlət dəstəyi Kürdəmir rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır.
Kürdəmir rayonunda 2018-ci il ərzində 1000-ə yaxın yeni iş yeri açılıb. Bu iş yerlərinin 867-i daimidir. Təkcə ötən ilin oktyabr ayında rayonun gənclər evində keçirilən əmək yarmarkasına 34 təşkilat üzrə 246 vakant yer çıxarılıb və 82 nəfər işə düzəlib.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünə məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına müvafiq olaraq rayonda özünüməşğulluq layihəsinə qoşulan ailələrin sayı 125-ə çatıb.

Keçidlər