Şriftin ölçüsü :

Saytın rəngi :

Peşə Liseyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

16 yanvar 2019 | 16:00

Yanvarın 16-da Kürdəmir Peşə Liseyində 20 Yanvar faciəsinin  29-cu ildönümünə  həsr  edilmiş  anım  tədbiri  keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Mərasimdə 20 Yanvar faciəsinə həs edilmiş Kürdəmir Peşə Liseyinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Peşə Liseyinin pedaqoji kollektivinin və şagirdlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdiyi qırğınlardan danışıblar. Bu tarixin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, həmin gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Anım tədbirindən sonra Peşə Liseyinin pedaqoji kollektivi və şagirdləri rayonun Şəhidlər Xiyabanını ziyarət ediblər.

Keçidlər