Kürdəmirdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Yanvarın 16-da rayonun Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin 20 Yanvar faciəsinə həsr edilmiş rəsmlərindən ibarət sərgiyə və Kürdəmir MKS tərəfindən təşkil olunmuş kitab sərgisinə baxış keçiriblər.
Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki, 20 Yanvar günü Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olub. O, Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyi qeyd etdi. Qanlı Yanvar hadisələrinə yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra tam siyasi hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. Elxan Qafarov 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan da danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu vurğuladı.
Çıxışlarda 20 Yanvar faciəsinin xalqımızın azadlıq uğrunda mübarizə tarixinin şanlı səhifəsi olduğu, bu tarixin heç vaxt unudulmayacağı söylənilib.
Sonda “20 Yanvar”adlı sənədli filmə baxış keçirilib.