Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şahin Hərbi-idman oyunu keçirildi

04 aprel 2013 | 15:00

Kürdəmir rayonunun Mərkəzi stadionunda rayonun ümumtəhsil məktəblərinin iştirakı ilə  “Şahin” Hərbi-idman oyunu keçirildi. Yarışda rayonun 38 tam orta məktəbinin  komandaları iştirak edirdi.
Tədbirdə keçən ilin nəticəsinə görə “Şahin” Hərbi-idman oyununda I yeri tutmuş komandanın kapitanı Dövlət himninin sədaları altında Azərbaycan bayrağını qaldırdı.
Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Mikayılov açaraq yarış iştirakçılarına Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin salamlarını çatdırdı.Onlara uğurlar arzulayaraq hər bir Azərbaycan gəncinin kamil və fiziki cəhətdən yetkin formalaşmasının vacibliyini vurğuladı.Hələ də torpaqlarımızın 20 %-nin düşmən işğalında olduğunu və gələcəkdə bu günki yetişən gənclərin qarşısında vacib və ciddi məsələlərin durduğunu diqqətə çatdırdı.
Ölkə rəhbəri cənab İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğını xüsusi vurğuladı.
Respublikamızda və rayonumuzda inşa olunan yeni təhsil müəssisələrin, olimpiya idman komplekslərin, stadionların və digər obyektlərin əhəmiyyətini qeyd edərək göstərilən bu diqqət və qayğıya hər bir Azərbaycan gəncinin öz əməli işi, əldə etdiyi uğurlu nailiyyəti ilə cavab verməli olduğunun vacibliyini bildirdi.
Bu cür yarışların keçirilməsində əsas məqsədin çağırış yaşlı gənclərimizin fiziki cəhətdən hazırlıqlarının daha da yüksəldilməsi və vətənpərvərlik ruhunun düzgün aşılanması olduğunu söylədi.
Yarış 8 mərhələdə keçirilmiş və   yarışın yekun nəticələrinə görə yerlər aşağıdaki kimi müəyyən olunmuşdur.
Yarışda Cöhranlı kənd tam orta məktəbin şahinləri I yeri, şəhər 2 saylı orta məktəbin şahinləri II yeri, şəhər 6 saylı orta məktəbin şahinləri III yeri tutmuşlar.
Yekunda qalib komandalara mükafatlar və fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər