Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Kürdəmirdə bağlardan 33774 ton meyvə tədarük olunub

04 yanvar 2019 | 16:00

Kürdəmirdə təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından yüz tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.
Hazırda  rayonda  həyətyanı  sahələrlə  birlikdə  3975  hektar  meyvə  bağı  var. Ötən  il  bu  bağlardan 33 min 774 ton məhsul tədarük olunub ki, bu da 2017-ci ildəkindən  6948  ton  çoxdur. Tədarük olunan  meyvənin  124  tonunu  alma,  277 tonunu armud, 525 tonunu alça, 1678 tonunu heyva, 173 tonunu ərik, 168 tonunu şaftalı, 383 tonunu gavalı, 334 tonunu xurma, qalanını isə digər meyvələr təşkil edib. Bağbanlar  ən  yüksək  nəticəni nar bağlarından əldə ediblər. Rayonda mövcud olan 3422 hektar  nar  bağından  29 min 777 ton  məhsul  tədarük  olunub. Tədarük olunan  narın  demək  olar ki, yarıdan çoxu  Karrar,  Sığırlı,  Ərəbqubalı, Axtaçı kənd inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəliyin  ərazisindəki  bağlardan  yığılıb. Bağbanlar yetişdirdikləri narı yerli bazarlarla yanaşı, xarici bazarlara da göndəriblər.

Keçidlər