Kürdəmirdə bu günədək 6300 tondan çox pambıq yığılıb
Kürdəmir rayonunda pambıq yığımı davam edir və indiyədək 6303 ton məhsul toplanıb.
Son vaxtlar əlverişsiz hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, fermerlər və fiziki şəxslər yetişdirdikləri məhsulu son qozasınadək yığmaq əzmindədirlər. Tədarük olunan “ağ qızıl”ın yarısından çoxu kombaynlarla yığılıb. Lakin havaların yağmurlu keçməsi səbəbindən hazırda məhsul əl ilə toplanır.
Qeyd edək ki, rayonun əksər ərazilərində, o cümlədən Cəyli, Şilyan, Ərəbqubalı, Carlı, Mehdili və bir çox digər ərazi vahidlərində cari mövsümdə bol məhsul yetişdirilib. Təsadüfi deyil ki, həmin ərazilər məhsul yığımında da öndədir. Hazırda rayonda pambıq yığımı davam edir. Bütün qüvvələr məhsulun itkisiz toplanmasına səfərbər edilib. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, hər gün tarlalardan məhsul toplanılır.