Kürdəmirdə Beynəlxalq Əlillər Günü qeyd edilib
Dekabrın 3-də rayonun “Nicat Plaza” sarayında Kürdəmir Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Kürdəmir rayon şöbəsinin və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin əməkdaşları, əlil şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı.Torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Bayram tədbirini giriş sözü ilə açan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin sədri Fərəc Dadaşov əlillərin sosial həyatının daha təminatlı olması üçün həyata keçirilən tədbirlərdən danışdı. Fərəc Dadaşov çıxış etmək üçün sözü Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının müavini Vəsilə Əsgərliyə verdi.
Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək əlillərin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı.
Bayram tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin müdiri Elçin Abasov , Əmək qəhrəmanı Sevil Osmanova çıxış etdilər.
Daha sonra Qarabağ Müharibəsi Əlilləri Kənan Zülfüqarov, Rəhman Dəmirov, Elsəvər Məcidov və başqaları çıxış edərək ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiridilər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 60 əlilə pul yardımı verildi.
Bayram tədbirində rayon incəsənət ustalarının ifasında səsləndirilən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılandı.