Şriftin ölçüsü :

Saytın rəngi :

Qarasaqqal kəndində səyyar-qəbul görüş keçirilib

29 noyabr 2018 | 16:00

Noyabrın 29-da  rayonun Qarasaqqal  kəndində  Kürdəmir  Rayon İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun  Cəfərovun  səyyar qəbul-görüşü keçirilib. Qəbulda  rayon  icra  hakimiyyətinin, hüquq-mühafizə  orqanlarının, səhiyyə, təhsil,  mədəniyyət, digər  xidmət  təşkilatlarının  rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, onların həlli istiqamətində  operativ  kompleks  addımların  atılması  olduğunu  qeyd  edib. Belə görüşlərin  ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq  keçirildiyini  bildirən  Ceyhun  Cəfərov  vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını deyib.
Daha  sonra  Rayon  İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov istər şəxsi,  istərsə də kəndlə bağlı müraciəti və ya təklifi olan sakinlərə öz müraciətlərini  etmələrini  xahiş  edib.
Kənd sakinlərindən  çıxış edənlər müraciətlərində kənd ərazisində olan elektrik naqillərinin SİP kabellə əvəz edilməsinin başa çatdırılması, təbii qazın təzyiqinin aşağı olması, kəndə gələn su kanallarının təmizlənməsi, kənd təsərrüfatı, torpaq  məsələləri, yol və digər problemlərinnin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon  İcra Hakimiyyətinin Başçısı Ceuhun Cəfərov müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə  öz  müvafiq  tapşırıqlarını verib. Bəzi  müraciətlər  yerində həll edilib, bəzilərinin həll olunması üçün aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarının  qarşısında  məsələ  qaldırılması  tapşırılıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər