Kürdəmirdə yaşıllıq zolaqları salınır
Bu ilin payız mövsümündə rayonun mərkəzində və digər yaşayış məntəqələrində 10 minədək ağac və dekorativ gül kolları əkilib. Əkilən ağac və gül kolları, həyata keçirilən təmizlik, abadlıq-quruculuq işləri rayonumuzun ümumi görkəmini son dərəcə dəyişib, artıq bu yerlərə gələn insanlar müasirliyin, gözəlliyin, ən əsası isə təmizliyin şahidi olurlar. Xüsusi ilə son illərdə rayon ərazisində, magistral və kəndarası avtomobil yolarının kənarlarında əkilən ağaclar, salınan park və xiyabanlar rayonun ekoloji təmizliyinə böyük fayda verməkdədir. Rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə müxtəlif növ ağaclar və dekorativ kollar, o cümlədən çinar, leylandra, Eldar şamı, söyüd və s. əkilib. Ağaclara və yaşıllıq zolaqlarına mütəmadi qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir. Kürdəmirlilər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri olan yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinini daim diqqət mərkəzində saxlayırlar. Rayonda yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığın bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi daim diqqət mərkəzində saxlanılır, yeni yaşıllıq zolaqlarının salınması mütəmadi olaraq davam etdirilir.