Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

21 noyabr 2018 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü  münasibətilə noyabrın   21-də  YAP  Kürdəmir rayon təşkilatının qərargahında tədbir  keçirilib.
Tədbirdə  YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, partiyanın veteran üzvləri,  ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
          Öncə tədbir  iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər
Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
       Tədbirdə  YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli  tədbir  iştirakçılarını partiyanın yaranmasının 26-cı ildönümü   münasibətilə təbrik edərək  məruzə ilə çıxış etmişdir.  O, Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan  danışmışdır. Ağali Kərimli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda –son dərəcə mürəkkəb, ağır dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bügünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz  ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin rəhbərliyi ilə  uğurlu gələcəyə doğru inamla addımlayır.
Tədbirdə  Yeni Azərbaycan Partiyasının  veteran   üzvləri    Qasım Hüseynov, Mehrab Abdurahmanov, rayon təşkilatının  Qadınlar Şurasının sədri Sevda Hacıyeva, Rayon təşkilatının Qadınlar şurasının idarə heyəti üzvü, Tərəqqi medallı, Əmək veteranı  Sevil Osmanova ,  Rayon təşkilatının  idarə heyəti  üzvü, ilk təşkilat sədri  Elmira Şıxəliyeva,  ilk təşkilat sədri Hamiz  Musayev,  Rayon təşkilatınını şura üzvü Abduləziz Hüseynov, Rayon təşkilatının idarə heyəti üzvü, Gənclər Birliyinin  sədr  müavini  Elnur Məmmədli  çıxış etmişlər. Natiqlər bildiriblər ki, Yeni Azərbaycan Partiyasının  Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 26  il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf  tarixi, şərəf salnaməsidir. Onlar Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının  bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizi daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıblar.

 

Keçidlər