Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 45 min hektardan çox sahədə payızlıq taxıl əkini gözlənilir

30 oktyabr 2018 | 16:00

Kürdəmir, 29 oktyabr, AZƏRTAC
Kürdəmir rayonunda payızlıq taxıl səpini kampaniyası davam edir və indiyədək 17 min 420 hektar sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxıl səpini aparılan sahələrin 16 min 450 hektarı arpa, 970 hektarı buğdadır. Hazırda sahələrdə 120 şum traktoru, bir o qədər də səpin aqreqatı işləyir. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Qarasu, Şilyan, Karrar kənd, Pirli, Qarabucaq və bir sıra digər ərazi nümayəndəliklərində bu mühüm kampaniya daha mütəşəkkil davam etdirilir.
Mütəxəssislər rayonda gələn ilin məhsulu üçün 45 min hektardan çox sahədə taxıl əkiləcəyini proqnozlaşdırırlar.

Keçidlər