Şriftin ölçüsü :

Saytın rəngi :

Muradxan kəndində səyyar-qəbul görüş keçirilib

25 oktyabr 2018 | 16:00

Oktyabrın 25-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Muradxan kəndində növbəti səyyar qəbul-görüşü  keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Muradxan kənd inzibati ərazi dairəsinə daxil olan Sor-Sor, Muradxan və Çöl-Ərəb kəndlərinin sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndə gələn su kanallarının təmizlənməsi, qaz təchizatı , kənd təsərrüfatı  və  torpaq  məsələləri barədə müraciət  ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə  aidiyyatı  təşkilatların  rəhbərlərinə  göstəriş və tapşırıqlarını  verdi.
Son illər respublikamızda və Kürdəmir rayonunda görülmüş işlər barədə geniş məlumat verən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonun Muradxan  kənd  inzibati  ərazi  vahidliyində  də  xeyli  abadlıq, quruculuq, təmir-bərpa  işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin  uğurla icra olunduğunu, sakinlər  tərəfindən  qaldırılan  problemlərin həlli  istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Rayon rəhbəri vurğulayıb ki,  Karrar qəsəbə-Pirili-Muradxan-Sor-Sor  avtomobil yolunun tikintisi ilə  vətəndaşların  gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşacaq, bu sahədə olan problem tam öz həllini tapacaq, yolboyu yaşayış məntəqələrində yaşayan 8 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir göstərəcək, yeni tikilən avtomobil yolu ən əsası bölgədə kənd təsərrüfatının inkişafında  geniş  imkanlar  yaradacaqdır.
Kənd sakinləri öz çıxışlarında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda  diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını   dərin  razılıq  hissi ilə bildirmiş,  dövlət başçımızın  Kürdəmir rayonuna   göstərdiyi   xüsusi   diqqət  və  qayğını   yüksək  qiymətləndiriblər. Kənd  sakinləri  Azərbaycan  Respublikasının   Prezidentinin  Sərəncamına  əsasən inşa edilən Karrar qəsəbə-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun  tikintisinə  və Muradxan  kəndinə təbii  qaz  xəttinin  çəkilişinə  görə  ölkə rəhbərinə  minnətdarlıqlarını  bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  görüşdə  qaldırılan  təkliflərin tezliklə  həyata  keçiriləcəyini  əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

Keçidlər