Kürdəmirdə məktəblilər arasında “Sərrast atıcı” yarışı kecirilib
Oktyabrın 22-də Gənclər evində Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında tir atıcılığı üzrə “Sərrast atıcı” yarışı keçirilib.
Yarışda rayonun 25 ümumtəhsil komandasının şagirdləri iştirak edib. Yarışdan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Tədbirdə çıxış edən Kürdəmir rayon Gənclər və idman idarəsinin rəis müavinı Qalib Baxşiyev bildirib ki, belə yarışların keçirilməsində əsas məqsədi gənclərlə vətənpərvərlik və vətəndaşlıq sahəsində aparılan işlərin səmərəsinin artırılması və məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsidir.
Yarışda məktəblilər şəxsi və komanda birinciliyi uğrunda yarışmışdılar. Komanda birinciliyində şəhər 4 saylı tam orta məktəbi I yerə, Atakişili kənd tam orta məktəbi II yerə , şəhər 6 saylı tam orta məktəbinin komandası III yerə layiq görüldülər. Şəxsi birincilik üzrə sərast atıcıliqları ilə fərqlənən şəhər 1 saylı tam orta məktəbin şagirdi Cəfərzadə Aqşin I yeri, şəhər 4 saylı tam orta məktəbin şagırdi Əhmədov Ağasəməd II yeri və şəhər 6 saylı tam orta məktəbin şagırdi İskəndərov Adəm III yer qazanıblar.
Qaliblər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin Kubok, diplom və medalları ilə təltif edilib.