Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Latviyadan olan nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

17 oktyabr 2018 | 16:00

Oktyabrın 17-də Latviya Bələdiyyələr İttifaqının nümayəndə heyəti Kürdəmir rayonuna səfərə gəliblər. Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən görüşdə Latviyadan olan nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlığın yolları müzakirə edilib.  
Görüşdə Latviya Bələdiyyələr İttifaqının prezidenti Gints Kaminskis, Jekabpils bələdiyyəsinin sədri Raivis Ragaynis, Grobinja bələdiyyəsinin sədri Ajvars Priedols, Latviya Bəllədiyyələr İttifaqının məsləhətçi Elita Kresse, Priekule bələdiyyəsinin sədri Via Jablonska, Valka bələdiyyəsinin sədri Vents Armands Krauklis və Ventspils bələdiyyəsinin sədri Ajvars Mutsenieks iştirak ediblər.   
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda həyata keçirilən layihələr, aparılan yenidənqurma və abadlıq işləri barədə qonaqlara geniş məlumat verib.
Rayon İcra Hakimiyyətinin Başçısının müavini Ağali Kərimli Kürdəmirin tarixi, zəngin mədəniyyəti, kənd təsərrüfatı və müasir sənaye potensialı barədə qonaqlara ətraflı məlumat verib.
Latviya Bələdiyyələr İttifaqının prezidenti Gints Kaminskis ölkəsindəki sənaye, istehsal və xidmət sahələri, eləcə də iqtisadiyyatın digər sektorlarında görülən işlər haqqında danışıb.
Latviyalı qonaqlar səfər çərçivəsində rayonun Qələbə parkı, Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət evi və Olimpiya İdman Kompleksi ilə tanış olublar. Sonra onlar Kürdəmir Süd emalı zavoduna gəliblər. Burda onlar Kürdəmir Süd emalı zavodunda istehsal olunan 70-dən çox məhsul çeşidləri ilə tanış olublar.

 

Keçidlər