Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

17 oktyabr 2018 | 16:00

Oktyabrın 17-də rayonun Heydər Əliyev Mərkəzində   Azərbaycanın   Dövlət  Müstəqilliyinin bərpasının   27-ci   ildönümü   münasibətilə   “Müstəqilliyimiz   əbədidir, dönməzdir ” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, rayonun idarə,  müəssisə  və  təşkilatlarının  rəhbərləri,  ictimaiyyət  nümayəndələri  iştirak edirdilər.
Tədbir  iştirakçıları  əvvəlcə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.Heydər Əliyev Mərgəzinin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgiyə tamaşa ediblər. Daha sonra şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Müstəqilliyimiz   əbədidir” adlı kompozisiya nümayiş olunub. Dəyirmi Masada “18 oktyabr Dövlət Müstəqilliyi günüdür” mövzusunda şəhər 1 saylı tam orta məktəbin müəllimi  Gülbəniz İbrahimova, “Müstəqillik dövründə Azərbaycan Respublikasının hərbi quruculuq fəaliyyəti”     mövzusunda rayonda yerləşən N saylı hərbi hissədə siyasi işlər üzrə komandir müavini kapitan Qorhmaz Mehdiyev, ”Müstəqillik illərində Azərbaycan qadını” mövzusunda şəhər 3 saylı tam orta məktəbin müəllimi  Əsbət Musayeva, “Heydər Əliyev və Müstəqil Azərbaycan gəncliyi” mövzusunda  Heydər Əliyev Mərkəzinin elmi işçisi Xəyyam Məlikov məruzələrlə çıxış edərək  Ulu  Öndər  Heydər  Əliyevin  dövlətimiz  və  dövlətçiliyimiz, həmçinin  xalqımız  üçün  qurub  yaratdığı  müasir  Azərbaycanın  parlaq uğurlarından danışmışlar.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, xoş arzularını çatdırdı. O , öz çıxışında bildirib ki, Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik mədəniyyətinə malik olan xalqlarındandır. Ölkəmizin ərazisində həm eradan əvvəl, həm də sonra qüdrətli dövlət qurumları mövcud olmuş, bu dövlətlər xalqımızın siyasi, sosial, mədəni və iqtisadi tarixində mühüm rol oynamışlar. XIX yüzilliyin əvvəlində Rusiya və İran imperiyaları Azərbaycanı öz aralarında bölüşdürdükdən və müstəqil dövlət-çiliyimizə son qoyduqdan sonra xalqımız dəfələrlə öz dövlətçiliyini bərpa etmək üçün ayağa qalxmış, nəhayət XX əsrin əvvəllərində respublika tipli yeni dövlətlərini –Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) müasir dövlətçilik tarixində çox böyük yeri və rolu  olmuşdur. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olur. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən”2018-ci il Cümhuriyyət ili” olduğundan respublikamızda dövlət səviyyəli silsilə tədbirlər keçirilir və keçirilməkdədir.

Keçidlər