Şriftin ölçüsü :

Saytın rəngi :

Topalhəsənli kəndində növbəti səyyar-qəbul görüş keçirilib

11 oktyabr 2018 | 16:00

Oktyabrın 11-də  rayonun Topalhəsənli  kəndində  Kürdəmir  Rayon İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun  Cəfərovun  növbəti  səyyar qəbul-görüşü keçirilib. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Məmmədov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Topalhəsənli kənd inzibati ərazi dairəsinə daxil olan Topalhəsənli, Şahsevən və Qaraqocalı kənd sakinləri iştirak ediblər.
Görüş-qəbulu giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Ceyhun Cəfərov qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda, o cümlədən Kürdəmirdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib. Qeyd edib ki, gündən-günə dəyişən, gözəlləşən Kürdəmirdə yeni məktəb binaları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Kənd  sakinləri  yol,   təbii qaz və  enerji təchizatı, kəndarası kanalların lildən təmizlənməsi,  sosial  müdafiə,  pensiya təminatı,  kənd  təsərrüfatı,    mədəniyyət,  məşğulluq   məsələləri  ilə bağlı rəy və təkliflərini veriblər. Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər