Qocalı kəndində səyyar görüş-qəbul keçirilb
Oktyabrın 4-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qocalı kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Görüşdə Qocalı kənd inzibati ərazi dairəsinə daxil olan Xəlsə, Pirəköçə, Beyi və Qocalı kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə , müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə sakinlərin elektrik enerjisi, sosial müdafiə, yol, təhsil, əkin sahələrinin suvarılması, internet şəbəkəsinə qoşulma, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov cənab Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən icra orqanlarının rəhbərlərinin, dövlət məmurlarının əhali ilə bilavasitə yerlərdə görüşlərinin təşkil olunmasını çox mühüm amil kimi yüksək qiymətləndirib.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.