Kürdəmir rayonunun həvəskar futbol komandaları arasında keçirilən rayon turnirinə yekun vurulub
Sentyabrın 26-da mərkəzi rayon stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan həvəskar futbol komandaları arasında idmanın futbol növü uzrə rayon turnirinin final oyunu keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin tədbirlər planına uyğun olaraq keçirilən yarışda rayonun Kürdəmir FK, Muradxan, Şüşün, Çöhranlı, Şilyan, Əbu Bəkr FK, Qafqaz, İstiqlal futbol komandaları iştirak ediblər.
Turnirin əsas məqsədlərindən biridə oktyabr ayında start götürəcək AFFA-nın Reqion liqasında iştirak edən Kürdəmir yiğmasına yeni oyunçuların cəlb edilməsidir.
Sentyabr ayının 3-dən start götürən turnirdə komandalar qrup , yarımfinal və final mərhələsində yarışıblar. Gərgin idman mübarizəsi ilə keçən yarışın oyunların nəticələrinə görə final oyununa vəsiqə qazanmış Şüşün və Kürdəmir FK komandaları iştirak ediblər. Komandaların hər ikisi əzimkar və baxımlı oyun göstərsələrdə oyunda sevinən tərəf Kürdəmir FK komandası olub. Oyun 2-1 Kürdəmir FK komandasının qələbəsi ilə başa çatıb.
Oyunların nəticələrinə görə I yerə Kürdəmir futbol komandası, II yerə Şüşün futbol komandası və III yerə Əbu Bəkr futbol komandası layiq görülüb.
Yarışda fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılıblar.