Kürdəmir rayonunda Novruz bayramı münasibəti ilə idmanın voleybol növü üzrə rayon birinciliyi keçirilir.
Kürdəmir rayon İcra Hakimiyyətinin , Gənclər və İdman idarəsinin tədbirlər planına əsasən Novruz bayramı münasibəti ilə idmanın voleybol növü üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilir.
Birincilikdə rayon ümumtəhsil məktəblərinin oğlanlardan ibarət idmanın voleybol növü üzrə komandaları öz güclərini sınayırlar.
Birinciliyə şəhər 3 saylı tam orta məktəbin idman zalında start verilmişdir.
2013-cü il 11 mart tarixdə yarışın açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Əbülfət Mikayılov iştirak etmiş, yarış iştirakçılarını salamlamış və onlara uğurlar arzulamışdır .O, öz çıxışında ölkə idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurları Ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının ən bariz nümunəsi kimi qeyd etmişdir.
Sonra yarışın baş hakimi İ.Abdullayev yarışın keçirilmə qaydaları haqqında məlumatlar vermişdir.Köhnəbazar- Qarabucaq məktəblərinin oyunu ilə yarışın qrup mərhələsinə start verilmişdir.