Qarabucaq qəsəbəsində səyyar görüş-qəbul keçirilb
Avqustun 30-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarabucaq qəsəbəsində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Görüşdə rayonun Qarabucaq qəsəbə inzibati ərazi dairəsinə daxil olan Qarabucaq qəsəbə, Qarabucaq və Qurd Bayram kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin Qarabucaq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Allahverdiyev əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial–iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verib.
Səyyar qəbul-görüşdə sakinlərin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevin tapşırığına əsasən icra orqanlarının rəhbərlərinin, dövlət məmurlarının əhali ilə bilavasitə yerlərdə görüşlərinin təşkil olunmasını çox mühüm amil kimi yüksək qiymətləndirib.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.