Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdapay kəndində səyyar görüş-qəbul keçirilb

16 avqust 2018 | 16:00

Avqustun 16-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  Xırdapay   kənd   inzibati   ərazi   dairəsinin   Xırdapay  və  Qağacılı  kəndlərinin sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək  Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğıları yüksək qiymətləndirdiklərini vurğuladılar.
Görüşdə kənd sakinlərinin təbii qaz, elektrik enerji, su təchizatı, sosial müdafiə, təhsil,  mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digər problemlər barədə aidiyyəti təşkilatlara tapşırıq verilib.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

Keçidlər