Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin Şilyan kəndində səyyar görüş-qəbul keçirilb

09 avqust 2018 | 16:00

Avqustun 9-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  Şilyan  kəndində  əhali  ilə  səyyar  görüş-qəbulu keçirilib .
Şilyan kəndinin sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının,  idarə,  müəssisə  və  xidmət  təşkilatlarının  rəhbərləri  iştirak  ediblər.
Qəbulda kənd  sakinlərinin  enerji və su təchizatı, yol, torpaq məsələləri, kənd təsərrüfatı, sosial  müdafiə, səhiyyə, təhsil, məşğulluq məsələləri ilə əlaqədar  təklifləri və şikayətləri diqqətə çatdırıldı, onların hər biri  barədə aidiyyatı  təşkilatların  rəhbərinə  tapşırıqlar verildi, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf proseslərindən söhbət açaraq ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursu tamamilə dəstəklədiklərini və qazanılan uğurlarla fəxr etdiklərini söylədilər. Prezident İlham Əliyevin ardıcıl səyləri ilə daha da möhkəmlənmiş siyasi sabitliyin, sakit həyatlarını kiminsə pozacağına imkan verməyəcəklərini, əldə olunmuş nailiyyətlərin bundan sonra da davam edəcəyinə, yaşayışlarının daha da yaxşılaşacağına tam əmin olduqlarını vurğuladılar.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər