Kürdəmir rayonunda növbəti ağac əkini kompaniyası keçirildi
2013-cü il 09 mart tarixdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin təşəbbüsü və iştirakı ilə növbəti ümumrayon iməcliyi keçirildi.
İməclikdə rayon sakinləri, rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri, rayonun idarə və təşkilatların, təsərrüfat xidmətlərinin, təhsil müəssisələri kollektivlərinin, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişlər.
İməclik zamanı iştirakçılar tərəfindən 2000 ədədə yaxın eldar şamı əkilmiş, sahədə təmizlik işləri görülmüşdür. Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş, suvarma işlərinə xüsusi diqqət yetirilmiş, əkilmiş ağaclara qulluq göstərilmişdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev Kürdəmir rayonunda ağacəkmə və yaşıllaşdırma istiqamətində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini və Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən belə iməcliklərin bundan sonra da mütəmadi olaraq keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.
Kürdəmir rayonunda ağac əkini kompaniyasi 2013-cü ilin may ayınadək davam etdiriləcəkdir.