Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbqubalı kəndində səyyar görüş-qəbul keçirilb

19 iyul 2018 | 16:00

İyulun 19-da  Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  Ərəbqubalı  kənd  inzibati  ərazi  dairəsinin  Çöl Qubalı, Ərəbqubalı və Məhərrəmli kəndlərinin sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının,  idarə,  müəssisə  və  xidmət  təşkilatlarının  rəhbərləri  iştirak  ediblər.
Kənd  sakinləri  enerji, suvarma su  təchizatı, torpaq məsələləri,  sosial  müdafiə , kənd  təsərrüfatı,   təhsil,  məşğulluq   məsələləri   ilə  bağlı  rəy  və  təkliflərini veriblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər