Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

17 iyul 2018 | 16:00

İyulun 17 – də rayonun Heydər Əliyev Mərəzində Kürdəmir rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib. 
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmmədov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov, dini icma sədrləri, din xadimləri   eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Elxan Qafarov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycan xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparılması, mötədil dindarların, gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün dini maarifləndirmə istiqamətində aparılan fəaliyyətə diqqət çəkib. Eyni zamanda ölkədə dini radikalizmə, terrorçuluğa, ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazasının mövcud olduğunu, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və düzəlişlərin olunmasını müsbət hal kimi qiymətləndirib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayan İ.Vəliyev Prezident İlham Əliyevin “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq" fikirlərinə diqqət çəkib.
DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək qeyd edib ki, bu gün dünyada islamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də nail olan məlum şəbəkələr var. Onların yaratdığı mənfi imic, əslində, islamın daxilindəki mənfi durumdan, parçalanmadan, maarifçilikdən uzaq düşməsindən qaynaqlanır. Əzim Rəfiyev, çoxkonfessiyalı ölkə kimi Azərbaycanın dünyada dinlər və mədəniyyətlər arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə layiqli töhfələr verə biləcəyini vurğulayıb.
Tədbirdə  rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov, Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən, dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, həmçinin, ənənəvi İslam anlayışının mahiyyətindən danışıblar.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə konfrans öz işini yekunlaşdırıb.

Keçidlər