Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ilin birinci yarımilliyinin yekunları müzakirə olunub

13 iyul 2018 | 16:00

İyulun  13-də  rayon  icra  hakimiyyətinin  akt  zalında   “Kürdəmir rayonunun  2018-ci  ilin  birinci  yarımilliyinin  sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda  duran  vəzifələr  barədə”   Kürdəmir   Rayon   İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun  Cəfərovun  hesabat  yığıncağı  keçirilib.  
Yığıncaqda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri,  rayonun hüquq mühafizə orqanlarının,  idarə,   müəssisə  və   xidmət  təşkilatlarının  rəhbərləri,  icra nümayəndələri və bələdiyyə sədrləri,  rayon ictimaiyyətinin  nümayəndələri  iştirak ediblər.
İclası giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 08  iyul  tarixli  iclasında  bu  ilin 6 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.  Möhtərəm  Cənab Prezidentimiz iclasda 6 ayda qarşıda duran  bütün vəzidələrin uğurla icra olunduğunu, Azərbaycanın öz dinamik inkişaf tempini saxladığını, Azərbaycanda həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə edildiyini qeyd etdi. Cənab Prezidentimiz müşavirədə qeyd edib ki, aprel ayında keçirilmiş Prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir.Seçkilərdə qazanılan inamlı qələbə onu göstərir ki, 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verir ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.Aparılmış uğurlu islahatların nəticəsində 2018-ci ilin 6 ayında ümumdaxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2,0 faiz, qeyri-neft sənayesi 8,8 faiz, sənaye istehsalı 1,0 faiz, kənd təsərrüfatı 7,6 faiz, bitkiçilik 14,0 faizdən çox artmışdır. 67 min yeni iş yeri açılmışdır ki, onlardan 58 mini daimi iş yerləridir.Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuş, inflyasiya 3 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 9,3 faiz artmışdır.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2018-ci ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 6,6 faiz artaraq 174043,3 min manat təşkil etmişdir.  Ümumi məhsul buraxılışının 66,5 faizi istehsal sahələrində, o cümlədən 18,9 faizi sənayedə, 43,4 faizi kənd təsərrüfatında, 4,2 faizi tikintidə olduğu halda  33,5 faizi xidmət sahələrində, o cümlədən 1,3 faizi nəqliyyatda, 0,2 faizi rabitədə, 32 faizi ticarətdə olmuşdur. Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin birinci yarımilliyində  499 nəfər işlə təmin olunmuşdur ki, bundan 474 nəfəri daimi işlə təmin olunanlardır.Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2018-ci ilin 6 ayında Kürdəmir rayonunun 4 sahibkarına 42 min manat məbləğində kredit verilmiş və nəticədə 5 yeni iş yeri yaradılmışdır.Cənab Prezidentimizin tapşırığına əsasən, rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin 6 ayında 325 nəfər müvəqqəti işlə təmin olunmuşlar. Cənab Prezidentin müşavirədə diqqət yetirdiyi sahələrdən biri olan özünüməşğulluq proqramı ilə əlaqədar əhalinin özünüməşğulluq proqramına cəlb olunması məqsədi ilə təlim kurslarına başlanılmışdır. Təlim kurslarında öz biznes ideyaları əsasında biznes plan hazırlayıb uğurla müdafiə edən təlim iştirakçılarından 34 nəfəri kənd təsərrüfatı və 3 nəfəri xidmət sahələri üzrə biznes planlarını müdafiə edərək məğbul qiymət almışlar. Yaxın zamanlarda onlar biznes fəaliyyətinə başlamaq üçün aktivlərlə təmin olunacaqlar. Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafına  diqqət artırılmışdır. Bu il 14000 hektarda yazlıq bitkilər əkilmiş, sahələrin becərilməsinə 20 mindən çox işçi cəlb olunmuşdur. Ötən ildəki illə müqayisədə qarğıdalı, soya, günəbaxan əkinlərinin sahəsi artırılmışdır.Həmçinin hesabat dövründə 1600 hektarda yonca, 910 hektarda kartof, 1700 hektarda tərəvəz, 3200 hektarda bostan, 130 hektarda günəbaxan, 30 hektarda yerfındığı, 133 hektarda soya becərilmişdir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, yazlıq əkinlərdən bu il daha çox məhsul götürüləcəkdir. Ölkə rəhbərinin tapşırığına əsasən rayonda pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülmüş, pambığın ixracyönümlü məhsul olduğunu, pambıqçılığın əhalinin işlə təmin olunmasında əsas sahələrdən olması nəzərə alınaraq pambıq əkin sahələri genişləndirilmiş, bu il 5030 hektar sahədə, yəni ötən ildəkindən 1000 hektardan çox sahədə pambıq əkilmiş, sahələrdə əsasən normal bitki alınmış, hazırda 3-cü kompleks becərmə işləri aparılır. Pambıq sahələrində ziyanvericilərə qarşı mübarizə işi təşkil olunmuş, 2000 hektar sahədə mənənə və tripsə, 140 hektar sahədə alaq otlarına qarşı kimyəvi mübarizə aparılmışdır. Pambıq sovkasına qarşı mübarizə işlərinə başlanılmış, bioloji mübarizə təşkil olunmuş, 834 hektar sahədə peremon tutucular yerləşdirilmiş, sovkanın birinci nəsli ilə mübarizə məqsədi ilə sahələrə trixoqramlar buraxılmışdır. Eyni zamanda pambıq sovkasının digər paraziti-pərdəqanadlı kiçik həşarət habrobrakon pambıq sahələrinə bioloji mübarizə məqsədi ilə buraxılmış və bu işlər hazırda davam etdirilir. Bu ilin məhsulu üçün ötən ilin payızında 45040 hektar sahədə taxıl, o cümlədən 16072 hektarda buğda, 28968 hektarda arpa əkilmiş, taxıl sahələrinə lazımi aqrotexniki tədbirlər göstərilmiş, əvvəlki illərdəkindən 3 dəfə çox mineral gübrə verilmişdir. Yığım işlərində müəyyən texnika çatışmamazlığı olsa da, biçin əsasən optimal müddətdə aparılmışdır. Nəticədə 136 min tondan çox taxıl, o cümlədən 48,5 min ton buğda, 87,5 min ton arpa istehsal olunmuşdur ki, bu da ötən ildəkindən 55,3 min ton çoxdur. İlk dəfədir ki, rayon üzrə taxılın orta məhsuldarlığı 30 sentneri keçmişdir.     Hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu ilin yazında 1240 hektaradək dənlik qarğıdalı əkilmiş və yüksək məhsuldarlığı təmin edən, müasir texnologiya ilə becərilməsi təşkil  olunmuşdur.Qarğıdalı əkinlərinin vəziyyəti göstərir ki, hər hektardan 100 sentnerdən çox qarğıdalı dəni götürüləcəkdir və bu da 12 min tondan çox taxıl deməkdir.Ölkə rəhbərinin tapşırığına əsasən baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə rayonumuzda 18 nümayəndəliklə 199 kümçüyə 520 qutu barama qurdu verilmiş, rayon üzrə 20380 kiloqram barama tədarük edilərək “Azəripək” MMC-yə təhvil verilmişdir. Bu da əvvəlki ildəki göstəricidən 2 dəfə çoxdur.         Rayonda tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 8  hektaradək sahədə istixana təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilmiş, bunun 210 tondan çoxu ixraca yönəldilmişdir. İnvestisiya qoyuluşu məqsədi ilə rayonumuza cəlb edilmiş sahibkarlar tərəfindən müasir istixana tikintisi aparılır. Bu il “GEOTERMAL AGRO” MMC tərəfindən Mollakənd kəndi ərazisində 2,5 hektar sahədə termal sularla isidilən müasir istixana tikintisi aparılır. Müşaviədə ölkə rəhbəri aqroparkların yaradılmasına və aqroparklarda gedən işlərin gedişi və aqroparkların ümumi layihələrinin dəyəri barədə məlumat verərək bu sahəyə olan diqqəti bir daha vurğuladı.Rayonumuzda iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədi ilə 14650 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və həmin torpaqlarda 5 aqropark yaradılmışdır. Bu torpaqlar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq öz vəsaitləri hesabına Aqropark yaratmaqla mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkələri qurmaqla qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələrinin inkişafına zəmanət verən 5 sahibkara icarəyə verilmişdir.Hazırda aqroparklar tərəfindən infrastrukturların yaradılması, torpaqların yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının, və digər zəruri tikililərin tikintisi sahəsində işlər görülür.Bu il aqroparklar tərəfindən 4000 hektaradək sahədə dənli bitkilər və 2040 hektarında pambıq və digər yazlıq əkinləri aparılmışdır. Həmin təsərrüfatların məhsuldarlıq göstəriciləri rayon üzrə orta məhsuldarlıq göstəricilərindən xeyli yüksəkdir.Rayonda Aqrolizinq ASC-nin regional nümayəndəliyinin rayon bölməsi fəaliyyət göstərir. Bölməyə 266 ədəd traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri verilmişdir. Son iki ildə 18 müasir taxılyığan kombayn, 8 pambıqyığan maşın alınmışdır. Rayondakı fiziki və hüquqi şəxslər tərəfindən 200-dək traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır.  Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər görülür. Bu ilin birinci yarısında 546,7 km kanal və 76 km dren şəbəkəsi lildən təmizlənmiş, 88 hidrotexniki qurğu, 9 nasos kompleksi və bir neçə beton və latok kanallar əsaslı təmir olunmuşdur.Rayonun Şilyan massivində  təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar 11 km-lik “Şilyan” kanalında genişləndirmə işləri başa çatdırılmış,  Kür çayı sahilində inşa edilmiş nasos stansiyasında 2 ədəd elektik su nasosu quraşdırılmış, onlardan 1 ədədi işə buraxılmışdır.  Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 64785 başa, qoyun və keçilərin sayı 135861 başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin birinci yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 17,7 faiz, süd istehsalı 6,7 %,  yumurta istehsalı 64,5 faiz, yun istehsalı 21,5 % artmışdır. Rayonda məhsuldar cins heyvanların çoxaldılması tədbirləri davam etdirilir. Əvvəllər lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 650 başa çatdırılmışdır. Rayonda bu ilin birinci yarımilliyində 987 baş  mal süni mayalandırılmış, 653 baş cinsi  yaxşılaşdırılmış bala alınmışdır. Kürdəmir Baytarlıq İdarəsi tərəfindən 13 baytar sahə məntəqəsində infeksion xəstəliklərin qarşısının alınması və xroniki yolxucu xəstəlikləri müəyyən etmək məqsədi ilə diaqnostik müayinələr qoyulmuşdur. 6 ay ərzində 58387 baş iri buynuzlu, 133326 baş  xırda buynuzlu heyvanlarda, 1126 baş atlarda qarayara, 60295 baş iri buynuzlu heyvanlarda, 82572 baş xırda buynuzlu heyvanlarda isə dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılmışdır. 7140 obyekt, 197990 m² ərazi dezinfeksiya olunmuşdur.Rayondakı “Kürdəmir Broyler” ATSC-nın fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 9308 başa çatdırılmış, quş əti və yumurta istehsalı artırılmışdır. Yarımillikdə 599 min ədəd yumurta istehsal olunmuşdur. Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 2018-ci ilin 6 ayı ərzində 35/10 kv-luq Pirili yarımstansiyasında yağ açarları cari təmir edilmiş, 11 ədəd transformatorda cari təmir işləri aparılmışdır.Kürdəmir şəhəri ərazisində, Atakişili, Sor-Sor, Muradxan, Şilyan kəndlərində 30500 metr açıq naqillər SİP kabellə əvəz olunmuş, 1050 abonentin sayğacları həyətyanı sahələrdən çıxarılaraq müasir tipli sayğaclarla əvəz edilmiş, 1100 ədəd yararsız ağac dayaqlar dəmir və dəmir-beton dayaqlarla əvəz olunmuşdur.Hazırda şəhər ərazisində, Atakişili, Sor-Sor, Muradxan və Şilyan kəndlərində yenidənqurma işləri davam etdirilir. Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2018-ci ilin 6 ayında qaz təchizatı sahəsində bir sıra işlər yerinə yetirilmişdir.2018-ci ilin birinci yarımilliyində xidmət sahəsinin müxtəlif yerlərində olan qaz sızmaları vaxtında aradan qaldırılaraq qaz itkilərinin qarşısı alınmışdır.6 ayda rayonda müxtəlif diametrli 1602 p/m qaz xətti yenisi ilə əvəz edilmiş, xidmət sahəsində olan 176 ədəd qaz tənzimləyicilərinə və siyirtmələrə hər ay texniki xidmət göstərilmişdir.Rayonun Atakişili kəndinin yeni salınmış massivində yaşayan 2200 abonentin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 5500 metr uzunluğunda yeni qaz xəttinin çəkilişi işləri davam etdirilir.Rayonun qazlaşdırılan Mollakənd və Muradxan kəndlərində tikinti-quraşdırma və tamamlama işləri başa çatmaq üzrədir. Qarasu kəndində və Qarabucaq qəsəbəsində qaz xətlərinin çəkilişi hazırda davam edir.Hesabat dövrü ərzində Kürdəmir şəhər əhalisinə içməli su təchizatı və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2018-ci ilin 6 ayı ərzində şəhərə gələn mərkəzi su xəttində siyirtmələr yenisi ilə əvəz olunmuş, xətt boyunca təmir işləri görülmüşdür. Şəhərin Heydər Əliyev prospektində, Xırdapay, Atakişili kəndlərində, Cənub və 69-cu məhəllələrində su xətləri təmir edilərək su axıntısının qarşısı alınmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2018-ci ilin 6 ayı ərzində rayonumuzda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çərtəyəz kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması işi başa çatdırılmış, lazımi avadanlıqlarla təmin edilmiş, rayonun Bağman, Öyləqulu və Təklə kəndlərində hər biri 80 şagird yerlik modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulmuş, məktəblərin tikintisinə torpaq sahələrinin ayrılması sənədləri hazırlanmışdır.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının 2018-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 8 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin İ.Məmmədov küçəsində yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 2036 m2 dam örtüyü dəyişdirilmiş, 800 m2 sahədə daxili, 2198 m2 sahədə isə xaici divar səthləri  suvanmışdır.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin və 2018-ci il 30 mart tarixli sərəncamı ilə isə Kürdəmir rayonunda “Xalça istehsalı emalatxanası”nın tikintisi planlaşdırılmış, torpaqayırma sənədləri hazırlanaraq təsdiq edilmiş, hər iki layihə üzrə tikinti işlərinə başlanılmışdır.ASAN xidmət” mərkəzində restoran, yüməkxana, çay evi tikililərinin beton bünövrələri tökülmüş, TIR avtomobiləri üçün dayanacaq sahəsi çınqıl qarışığı verilməklə kipləşdirilmişdir. “Xalça istehsalı emalatxanası”nın zirzəmi hissəsinin tikintisi başa çatdırılmış, əsas binanın dəmir beton monalit kalon, riger və örtük tavası tökülmüşdür.“Azpetrol” yanacaq doldurma məntəqəsində 200 m3 yanğından mühafizə su anbarı, 100 m3 içməli su anbarı tikilmiş, nasosxanaları qurulmuş, yanacaq çənləri üçün yeraltı çən parkı tikilmiş, ərazinin drenaj xətləri çəkilmiş və quyuları qoyulmuş, motel binasının bünövrə özülü tökülmüş, zirzəmi hissəsinin tikintisinə başlanılmışdır. Ərazinin 80 faizindən çox hissəsi doldurucu çınqıl materialı ilə doldurularaq kipləşdirilmişdir.Müşavirədə Ölkə Rəhbəri bu ilki plana görə 2000 km yeni avtomobil yolunun salınacağını və minimum 600 kəndin yeni yollarla təmin ediləcəyini bildirdi. Bunun bariz nümunəsi olaraq Azərbaycan Respublikası Prezidentinin yerli əhəmiyyətli kənd yollarının əsaslı təmiri və yenidən qurulmasına dair sərəncamı ilə əlaqədar rayonun Karrar-Bağman-Böyük Kəngərli və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarında yol yatağının torpaq işləri tamamilə qurtarmış, əsasın 20 sm qalınlıqda 270000 m2 alt layı və 12 sm qalınlıqda 121400 m2 sahədə əsasın üst layına karxana çınqılı tökülərək avtoqreyderlə hamarlanmış və kipləşdirilmiş, hazırda işlər davam etdirilir.
Məruzə ətrafında Kürdəmir Suvarma Sistemləri idarəsinin rəisi Möhübbət İbrahimov, Kürdəmir rayonu üzrə Maliyyə idarəsinin rəisi Ayaz Cəbrayılov, “SM AQRO” nun layihə rəhbəri Orxan İsfaliyev çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndiriblər.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2018-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.

 

Keçidlər