Şriftin ölçüsü :

Saytın rəngi :

Yenikənd kəndində səyyar qəbul keçirilib.

05 iyul 2018 | 16:00

Rayonun Yenikənd kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və  kənd sakinləri iştirak ediblər. Ceyhun Cəfərov  çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin səyi ilə Respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də aqrar sahədə inkişaf vardır. O cümlədən əhalinin məşğulluğunun təmin edilməsində, kənd sakinlərinin rifah halının yaxşılaşdırılmasında pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsinin mühüm əhəmiyyətindən danışmışdır.Görüşdə iştirak edən kənd sakinləri çıxış edərək istismar  müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi , kəndarası yolların təmir edilməsi barədə müraciət ediblər.Kənd sakinləri öz çıxışlarında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş,  dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət  və  qayğını  yüksək  qiymətləndiriblər.Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər