Böyük Kəngərli kənd sakinləri ilə görüş keçirilmişdir
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 2018-ci il 28 iyun tarixdə Böyük Kəngərli kənd sakinləri ilə görüş keçirmişdir. Rayon rəhbərinin fəaliyyətinin ən əsas hissəsinə çevrilmiş səyyar görüşlər artıq bir ənənə halını alıb. Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Ceyhun Cəfərov çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin səyi ilə Respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də aqrar sahədə inkişaf vardır.Görüşdə iştirak edən kənd sakinləri çıxış edərək kəndə istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi , kəndarası yolların təmir edilməsi barədə müraciət etdilər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi. Ceyhun Cəfərov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir. Rayonda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq yüksək sürətlə inkişaf edir.Bu sahədən milyonlarla manat gəlir əldə olunur.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.Görüşün sonunda kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.