Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə bayram tədbiri keçirilib
İyunun 25-də rayon ərazisində yerləşən “N” saylı Hərbi Hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, gənclər, ziyalılar, rayonun mədəniyyət və incəsənət ustaları iştirak edirdilər.
İlk öncə “N”- saylı Hərbi Hissənin şəxsi heyyətini Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli salamladı və Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hərbiçilərə ünvanlanmış təbrik məktubunu oxudu və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə xidmətdə fərqlənənlərə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu.
Çıxışlarda dərin razılıq hissi ilə qeyd olunub ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ilin iyun ayında ,Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra baş tutdu. Azərbaycan ordusu Ümummilli Lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşdı, qəhrəman, cəsur və döyüşkən bir orduya çevrildi. Bu gün, Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü , ən intizamlı və dünya standartları səviyyəsində təchiz olunmuş nəhəng hərbi qüvvəsi olmaqla , müasir tələblərə cavab verən , hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malikdir. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdir. Yaxın gələcəkdə torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.
Tədbir rayon Mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən hərbi hamilik koordinasiya şurası üzvlərinin rəngarəng konsert proqramları ilə davam etdirilib.
Sonda hərbi hissənin nümayəndələri çıxış edərək rayon rəhbərliyinə və musiqiçilərə, ümumilikdə tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.