Kürdəmirdə taxıl biçini davam edir
Kürdəmir rayonunda taxıl biçini uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 15133 hektar sahədə biçin aparıblar.
İndiyədək arpa sahələri biçilir və orta məhsuldarlıq 30,2 sentner təşkil edir.
Qeyd edək ki, kürdəmirli fermerlər 45 040 hektar sahədə taxıl yetişdirib. Taxıl əkilən sahələrin 16 072 hektarını buğda, 28 968 hektarını isə arpa zəmiləri təşkil edir.
Taxıl biçininə 98 kombayn cəlb edilib. Rayonun daha çox taxıl əkilən Karrar kənd , Qarasaqqal , Qarasu , Ərəbqubalı , Muradxan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılır və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri daha yüksək məhsuldarlığa nail olublar.