Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında tibb işçilərinin peşə bayramı qeyd edilib.

13 iyun 2018 | 16:00

İyunun 13-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının  akt zalında tibb işçilərinin peşə bayramı qeyd edilib.
Tədbirdə  çıxış  edən  Kürdəmir  Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə  Əsgərli  tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, rayonun səhiyyə sahəsində qazanılan uğurlardan danışıb.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi əvəzi Eynulla Novruzov çıxış edərək tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat verdi. Bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəltmişdir.
Çıxış edənlər ölkə rəhbəri cənab İlham Əliyevə və  Respublikanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  Kürdəmir səhiyyəsinə göstərdikləri xüsusi diqqət və qayğılara görə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup tibb işçilərinə uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı adından fəxri fərmanlar təqdim edildi

Keçidlər