Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

12 iyun 2018 | 16:00

 İyunun 12-də  “Milli Qurtuluş Günü” münasibətilə  YAP Kürdəmir rayon təşkilatı   Qadınlar Şurasının təşkilatçılığı ilə  rayon təşkilatının qərargahında   “Qurtuluş günümüz, nicat günümüz”  mövzusunda dəyirmi masa keçirilmişdir.

        Öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
        Dəyirmi masada  rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, Qadınlar Şurasının üzvləri, fəal qadınlar iştirak ediblər.
        YAP Kürdəmir rayon təşkilatının   akt   zalında  keçirilən tədbirdə  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
         Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı  Qadınlar Şurasının sədri Sevda Hacıyeva  açaraq  məruzə ilə çıxış etmişdir. Sevda Hacıyeva   məruzəsində qeyd etmişdir ki, Milli Qurtuluş Günü xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz    bayramlardan biridir. Bu, bizim müstəqil dövlətimizin xilas bayramıdır, xalqımızın qanlı uçurum təhlükəsindən qurtuluş bayramıdır.Bu bayramın adındakı qurtuluş sözünün siyasi, tarixi və bəşəri mənaları çoxdur.Bu mənaların məğzi isə Azərbaycan dövlətçiliyinin tarixin ağır sınaqlarından uzaqlaşıb əmin-amanlıq sahilinə yan almasını ifadə edir.Bu tarixi yerişin sükansıçısı və qurucusu böyük Heydər Əliyev idi, Onun xilaskar iradəsi idi.    
         Rayon İcra Hakimiyyətinin Başçısının  müavini Vəsilə Əsgərli dəyirmi masa  iştirakçılarını və onların simasında bütün rayon sakinlərini  əlamətdar gün – “Milli Qurtuluş Günü”  münasibətilə təbrik edərək  bildirir ki,  bu tarixi  gün  xalqımızın tarixinə qızıl  hərflərlə  yazılıb. 1993-cü ildə  Ulu Öndər dövlət başçısı kimi fəaliyyətə başlayanda ölkədə hər şey məhv olmaq üzrə idi. Ona görə də qüdrətli şəxsiyyət fəaliyyətə müstəqil dövlət quruculuğundan başladı. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası dünya standartlarına uyğun şəkildə hazırlanıb qəbul olundu.Konstitusiyanın qəbulu ilə Azərbaycanda hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu işin həyata keçirilməsinə başlanıldı.  Natiq bildirmişdir ki, hal-hazırda Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak etməklə hətta onu müxtəlif  xarici qurumlarda belə təmsil edir.Bu şəraitə, bu inkişafa, Azərbaycan qadınının xəyal olan bu firavan həyatına görə  Ulu Öndər siyasətinə  və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
         Tədbirdə   Qadınlar Şurasının sədr müavini,  şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva, rayon təşkilatının idarə heyəti üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova,  Qadınlar Şurasının  idarə heyəti üzvü, Mərkəzi Kitabxanalar Sisteminin direktor  əvəzi   İradə Mahmudova,  Mərkəzi Kitabxanalar Sisteminin baş kitabxanaçısı  Məhinə Şirəliyeva  çıxış  etmişlər. Onlar Azərbaycan qadınlarının qəlbində öz əbədi heykəlini qurmuş bu nəcib və alicənab şəxsiyyətin - Ulu Öndər  Heydər Əliyevin danılmaz xidmətlərindən söhbət açmışlar. Natiqlər bildirmişlər  ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra fəaliyyətinin, yeritdiyi siyasətin ən mühüm və ən başlıca cəhəti respublikamızın müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi olmuşdur.  Bunun üçün o, çox böyük çətinlikləri, daxildən və xaricdən olan ciddi təzyiqləri aradan qaldırmalı oldu, özünə xas olan möhkəm iradə və dəyanət nümayiş etdirdi. Onlar vurğulayıblar ki, “Milli Qurtuluş Günü”nün qazanılmasından ötən 25 il ərzində ölkəmizdə gedən sosial-iqtisadi yüksəliş göz önündədir.Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi¬¬ – müasir dünya siyasətini və iqtisadiyyatını  gözəl bilən, ernerjili  və təşəbbüskar şəxsiyyət  kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx  birləşmişdir.
 

Keçidlər